|
Arif Rəhimov: "Bakıda keçirilən "Formula-1"in Monako kimi məşhur olacağına ümid edirik"
"Formula-1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Azərbaycan mərhələsinin təşkilatçıları Bakı Qran-prisinin Monako kimi tanınmış olacağına ümid edirlər.
 
"Report" xəbər verir ki, bunu TASS-a mərhələnin promouteri Arif Rəhmov deyib.
Bakı bu mövsüm tarixində ilk dəfə olaraq "Formula-1"in Avropa Qran-prisi adlandırılan mərhələsini qəbul edib.
 
"Bu il Qran-priyə 100 milyondan çox insan baxdı, bu şəhərin necə gözəl olduğu onlayn gördü. Bu il bizə 4 mindən çox əcnəbi gəlib, növbəti dəfə, ümid edirik ki, gələnlərin sayı artacaq", - deyə Arif Rəhimov bildirib.
 
"Ümid edirik ki, bizim mərhələ də Monako kimi tanınmış olacaq", - deyə o əlavə edib.
Cia.az