|
Nazir: “Çin ABŞ-la münasibətləri yaxşılaşdırmağa hazırdır”
Çin ABŞ-la münasibətləri yaxşılaşdırmağa hazırdır.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Çinin xarici işlər naziri Van İ bəyan edib.

“Donald Trampın prezidentliyi dövründə biz ABŞ-la münasibətləri yaxşılaşdırmağa hazırıq. Ümid edirik ki, münasibətlərimiz qarşılıqlı anlaşma şəraitində inkişaf edəcək", deyə nazir bildirib.
 
Qeyd edək ki, D.Tramp ölkəsini Trans-Sakit Okean Tərəfdaşlığından (TPP) çıxarmaq niyyətindədir. 
cia.az