Yeni Zelandiyanın cənubunda 7.8 bal gücündə baş vermiş zəlzələnin nəticəsində sunami ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Hökumət nümayəndələri əhaliyə sahilləri dərhal tərk etmələri barədə xəbərdarlıq edib.
Sunami dalğalarının üç və beş metr ola biləcəyi güman edilir."Sahilləri tərk edin və ya daha yuxarı yerlərə qalxın", xəbərdarlığı dayanmadan anons edilməkdədir. Yeni Zelandiya Müdafiə Nazirinə görə, ilkin dalğalar elə də hündür olmaya bilər, lakin təhlükə davam etməkdədir.
"Yeni Zelandiyalıların sahillərdən uzaq durmaları və şəhər gəzintisinə çıxmamalaları tələb edilir", deyə nazir bildirib.
