|
Putinin KVN-çilərlə yubiley zarafatı - Video
Rusiya Federasiyası Prezidenti Vladimir Putin KVN-nin 55 illik yubileyində iştirak edib.
 
Axar.az xəbər verir ki, bu haqda məlumat "Şən və hazırcavablar klubu"nun rəsmi saytında yer alıb. Putin klub üzvlərini və 24 noyabrda 75 yaşı olacaq aparıcı Aleksandr Masyakovu təbrik edib.
 
Prezident KVN-çilərin yumor hissini yüksək qiymətləndirib: “Onlar hər kəslə zarafat edirlər. Özü də harda? Kremldə. Həm keçmiş, həm də indiki rəhbərlər barədə… Siz bunu deyəndə kimi nəzərdə tuturdunuz? Evləndi, boşandı, xoşbəxtdi...”
 
Prezidentin bu sözlərini auditoriya gülüşlə və alqışla qarşılanıb.
 
cia.az