Parlamentin iclasında istefa ərizəmi təqdim edəcəyəm.
Axar.az xəbər verir ki, bu sözləri Bolqarıstan Baş naziri Boyko Borisov deyib. Nazir buna səbəb kimi dəstəklədiyi namizədin prezident seçilməməsini göstərib.
Qeyd edək ki, bu gün Bolqarıstan Sosialist Partiyasından (BSP) namizədliyi irəli sürülən Rumen Radev, ilkin nəticələrə görə, 58,1 faiz səslə ölkənin prezidenti seçilib.
Cia.az
