Yeni seçilmiş prezident Donald Trampın simasında Avropa Birliyi Rusiyaya qarşı sanksiyalara ABŞ dəstəyini itirə bilər.
Axar.az xəbər verir ki, belə bir “riskin” ciddi olduğunu İsveçin Xarici İşlər naziri Marqot Vallstrem Birlikdəki həmkarları ilə görüşdən sonrakı açıqlamasında deyib. Onun sözlərinə görə, hər şey ABŞ və Rusiya arasındakı münasibətlərdən asılıdır.
Nazir həmçinin Trampın 100 bənddən ibarət olan seçkiöncəsi proqramını incələdiklərini, xüsusilə ticarət, iqlim və təhlükəsizliklə bağlı məqamlara diqqət etdiklərini vurğulayıb: “Ümid edirik ki, Trampın seçki öncəsi proqramı həyata keçirilərkən korrektələr ediləcək”.
Vallstrem hər şeyin Trampın xarici məsələlər üzrə məsləhətçisinin kim olmasından asılı olacağını da bildirib.
Cia.az
