|
Sumqayıtda maşın 3 qadını vurdu -

Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib.

Azvision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil "Opel"ə çırpılıb. İdarəetməni itirən maşın yol kənkarında gedən piyadaları vurub.

Hadisə nəticəsində 3 qadın ağır yaralanıb. Onlardan birinin hamilə olduğu bildirilir. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Cia.az