|
Амsterdamda baş verən atışmada azı 3 nəfər yaralanıb
Niderlandın Amsterdam şəhərində silahlı insident baş verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə şəhərdəki kafelərdən birində qeydə alınıb. Atışma nəticəsində azı 3 nəfər xəsarət alıb. Hadisənin şahidləri 5-6 atəş səsi eşitdiklərini bildiriblər. İnsidentlə əlaqədar bir nəfər polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır. 
cia.az