|
Göygöl sakini minik maşını ilə qəzaya uğrayıb
Axşam saatlarında Göygöl rayonunun Xaqani kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü kənd sakini Nəbiyev Elnur Cavid oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşın qəzaya uğrayıb.
 
Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyata alınıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.
 
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.
cia.az