|
Böyük aktyordan Atatürkə inanılmaz sevgi
Bu gün milyonların sevimlisi Kamal Sunalın – Şaban obrazını yaratmış aktyorun doğum günüdür.
Kamal Sunal noyabrın 10-da doğulsa da, ad gününü 11-də qeyd edib. Aktyor verdiyi müsahibələrin birində bunun səbəbini belə açıqlayıb:
“Əslində, noyabrın 10-da anadan olmuşam, amma bu tarix Atatürkün vəfat etdiyi gündür. Mən Atamın ölüm günündə ad günümü qeyd edə bilmərəm. Ona görə də həmişə ad günümü noyabrın 11-də keçirirəm”.
Qeyd edək ki, Kamal Sunal 2000-ci il iyulun 3-də film çəkilişləri üçün Trabzona gedərkən təyyarədə infarkt keçirib və 55 yaşında vəfat edib.
Cia.az