İraqın Mosul şəhərinin daha 3 kəndi İŞİD-dən alınıb.
Musavat.com xəbər verir ki, bu barədə İraq ordusunun zabiti Əhməd əd-Dihan məlumat verib. O bildirib ki, Mosulun cənub-qərbindəki əd-Nemrud, əl-Abbas, ən-Nəcəfiyyə kəndlərini İŞİD terrorçularından azad etmək üçün əməliyyat təşkil olunub. 3 saat davam edən şiddətli atışmadan sonra kəndlər azad edilib.
O, həmçinin qeyd edib ki, İraq ordusu ilə beynəlxalq koalisiya qüvvələri ortaq kordinasıya üzrə irəliləyir.
cia.az
