FED prezidenti Cefrey Laker Trampın prezident seçilməyinin faiz dərəcələrinin artırılması ehtimalını zəiflətmədiyini bildirib.
Musavat.com-un məlumatına görə, Vircinya ştatının Riçmond şəhərinin FED prezidenti Cefrey Laker gələn ay faiz dərəcələrinin artma ehtimalının hələ də yüksək olduğunu bildirib: “Dekabr ayında faizlərinin yenidən artırılmasını müzakirə edəcəyimizə şübhə yoxdur”.
O, həmçinin qeyd edib ki, sağlam iqtisadiyyat üçün yüksək faiz dərəcəsinə ehtiyac var.
Cefrey Laker Trampın vergiləri azaltmaq istədiyinə diqqət çəkərək, maliyyə irəliləyişi olacağı halda faizləri daha da yüksəltməyin mümkünlüyünü ifadə edib.
Qeyd edək ki, FED-in pul siyasətini təyin edən Federal Açıq Bazar komitəsi (FOMC) 13-14 dekabrda toplanacaq.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildikdən sonra faiz dərəcələrinin artırılmayacağı barədə məlumatlar yayılmışdı.
Cia.az
