Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə Ermənistan bayrağının maketini yumruqla vurub sındırması ilə gündəmə gələn Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı yeni müzakirə başlayıb. Sosial şəbəkələrdə və bəzi saytlarda deyilir ki, başçının sındırdığı əslində Kolumbiya bayrağıdır.
“Yeni Müsavat”a müsahibə verən Əhəd Abıyev Ermənistan bayrağını Kolumbiya bayrağı kimi təqdim edənləri erməni əsilli şəxslər adlandırıb.
- “N” saylı hərbi hissəsinin keçirdiyi bayram tədbirində, üzərinə erməni bayrağı çəkilmiş bir lövhə gətirdilər və mən də onu vurub sındırdım, çilik-çilik etdim. Həmin bayraq qırılıb ayaq altına dağıldı. Əsgərlər də onu tapdaladılar. Amma bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm ki, bu oğru ermənilərin bayraqlarının Kolumbiya Respublikasının bayrağı olmasını bütün dünya bilir. Kolumbiya bayrağı 1861-ci ildə yaranıb. Ermənilərin bayrağı isə 1990-cı il 24 avqustda. Mənim üçün çox maraqlıdır, Bakıda bəziləri mənim davranışımı şübhəyə salmaqla nə məqsəd güdürlər? Kimdir bu ermənilərin müdafiəsinə qalxan “azərbaycanlılar”?! Onların şəcərəsini araşdırsalar, məlum olacaq ki, ermənilərlə qohumdurlar. Onlar erməni dəyirmanına su tökən təxribatçılardı.
- Sizin dediyinizdən belə çıxır ki, ermənilərin bayrağı da oğurluqdur...
|
“Erməni bayrağını sındıranda dörd barmağım əzildi” |
- Ermənilər əlifbalarının hərflərini də o vaxt Hindistandan oğurlayıblar. Onun içində yunan hərfi də var. Qarışıq, saxta bir əlifba düzəldiblər. Onların bu oğurluq əlifbası da vaxtilə mətbuatın özünə çıxarılmışdı. İndi də Kolumbiya bayrağını oğurlayıblar. Xatırlayırsınızsa, bir dəfə Şakira Moskvada konsert verəndə ermənilər durub əl çaldılar ki, sağ ol, bizim bayrağımızı qaldırırsan. O cavab verdi ki, nə sizin bayrağınız, bu, Kolumbiya bayrağıdır.
Bəzi insanlar Kolumbiyanın adını çəkməklə mənə qarşı qərəzli mövqedə dayanırlar. Görəsən, onlar hansı narkobarondan pul almaq istəyirlər, narkobizneslə məşğul olan hansı adamla hansı əlaqəsi var?!
- Siz deputat olanda da narkomafiyaya qarşı böyük müharibə elan etmişdiniz.
- Mən onlara qarşı mübarizə aparmışam, dediyim faktlar da təsdiqini tapıb. Bugünlərdə həmin bəzi yaramaz adamlar belə şeylərdən sui-istifadə edirlər. Çox maraqlıdır.
- Sizcə, bunu edənlər əvvəllər mübarizə apardığınız narkomafiyanın üzvləri ola bilərmi?
- Yox, bunu onlar etmir. Sadəcə, Bakıda erməni əsilli adamlar var, ermənilərin xeyrinə addım atanlar, onların mövqeyini müdafiə edənlər var. O insanlar şübhəlidir, onları araşdırıb üzə çıxartmaq lazımdır. Aydın məsələdir ki, erməni bayrağını baş-ayaq tutanda Kolumbiya bayrağına oxşayır.
- Əsgər bilmədən o bayrağı tərsinə tutub?
- Yox, bilərəkdən erməni bayrağını baş-ayaq tutub, mən də həmin nöqtəni vururam. Vurub sındırmışam. Bu, videodan da görünür. Barmaqlarım da əzilib.
4 barmağım çıxmışdı, dünən saldırmışam.
|
“Kolumbiyanın adını çəkməklə mənə qarşı qərəzli mövqedə dayananlar, görəsən, hansı narkobarondan pul almaq istəyirlər?!” |
- Erməni bayrağını sındırmaqda məqsədiniz nə idi?
- Mənim o ermənilərə o qədər nifrətim var ki... Xocalı faciəsi, onların törətdiyi əməllər gözümün qabağına gəldi. Mən özüm də Qarabağ veteranıyam, vaxtilə Qarabağa gedib-gəlmişəm. Necə olur ki, bu gün biz erməni bayrağını vurub sındırırıq, bu, Bakıdakı bəzi adamlarda etiraz doğurur?! Utanıb xəcalət çəkmirlər.
- Bu əvvəlcədən planlaşdırılmışdı, yoxsa təsadüfən baş verdi?
- Təsadüfən baş verdi. Tədbir keçirilən zaman bir-bir müxtəlif idman növləri nümayiş olundu. Daha sonra elan etdilər ki, Ermənistan bayrağı gətirilir, indi onu sındırıb ayaq altına atacağıq. Azərbaycan bayrağını isə başı üstündə tutacaqlar. Əsgərlər toplaşdılar, üst-üstə çıxıb Azərbaycan bayrağını başlarının üstündə tutdular, erməni bayrağını isə başı aşağı tutaraq sındıracaqdılar. Mən də dedim ki, saxlayın, özüm sındıracağam. Cavanlığımda boksla məşğul olmağım yadıma düşdü. Həm də daxilən ermənilərə nifrətim var. Xocalı faciəsi gəldi gözlərimin qabağında durdu. Əsgərə dedim, bayrağı saxla, saxladı, gəldim bir yumruq vurub, sındırdım.
cia.az
