|
Ələt-Astara yolunda naməlum avtomaşın iki qadını vurub

Bu gün saat 18 radələrində Ələt-Astara avtomobil yolunun 47-ci kilometrində, Salyan rayonunun ərazisində naməlum avtomaşın yolu keçmək istəyən iki qadını vurub.

Virtualaz.org saytının Şirvan bürosunun verdiyi məlumata görə, xəsarət almış piyadalardan biri hadisə yerində keçinib. Digər yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirildikdən sonra məlum olub ki, o, Şirvan şəhərində qeydiyyatda olan, Salyan şəhərindəki mağazalardan birində satıcı işləyən 53 yaşlı Gülbəniz Nüsrət qızı Camalovadır.

G.Camalova təpə nahiyəsindən əzilmiş xəsarət alıb və sol körpücük sümüyü sınıb.

Naməlum avtomaşının vurduğu qadının şəxsiyyəti  dəqiqləşib. O, Neftçala rayonunun Qaraimanlı kən sakini 42 yaşlı Qədirova Səidə Arif qızıdır.

Hazırda DYP tərəfindən qadınları vuraraq hadisə yerindən qaçmış mikroavtobusun axtarışları aparılır.

Faktla bağlı DYP-də cinayət işi qaldırılıb, araşdırma aparılı

Cia.az