|
Obama Trampla şəkil çəkdirmə mərasimində iştirak etmək istəmədi

ABŞ-ın hazırkı prezidenti Barak Obama ölkənin yeni seçilmiş rəhbəri Donald Trampla Ağ Evdə birgə şəkil çəkdirmə mərasimindən imtina edib. Bu barədə “Wall Street Journal” nəşri xəbər verir.

ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentlərinin Ağ Evin qarşısındakı Cənub çəmənlikdə birgə şəkil çəkdirmə ənənəsi uzun tarixə malikdir. 2008-ci ildə Corc Buşanaloji vəziyyətdə Obama ilə şəkil çəkdirmişdilər.

Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Obama və Tramp arasında sərt polemika baş vermişdi. Hillari Klintonu fəal dəstəkləyən B.Obama Trampın “Ağ Evə yaraşmadığını”, “lazımi təcrübəyə malik olmadığını” və “nüvə çamadanın ona həvalə etməyin” təhlükəli olduğunu bildirmişdi.

*   *   *22:03

ABŞ-da prezident seçkilərinin qalibi respublikaçı Donald Tramp prezident Barak Obama ilə görüşmək üçün Vaşinqtona gəlib.

“RİA Novosti” xəbər verir ki, Ağ Evdə hökumətin təhvil verilməsi məsələləri müzakirə ediləcək.

Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, Barak Obama ilə Donald Trampın görüşünün kifayət qədər maraqlı keçəcəyi gözlənilir.

Cia.az