|
Ələt-Astara avtomobil yolunun kənarından naməlum meyit tapılıb

İndiki saatlarda Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində yolun kənarından kişi meyiti tapılıb.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, naməlum kişi meyitinin üzərindəki xəsarət izləri onun yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyi ehtimalı yaradıb. Amma naməlum şəxsin ölümünün dəqiq səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı hüquq-mühafizə orqanlarında cinayət işi qaldırılıb,operativ araşdırmalara başlanııb.

Cia.az