|
Şimali İrlandiya millisinin qaldığı oteldə yanğın

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya yığmasının qaldığı otelin dayanacağında yanğın baş verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yanğın dayanacaqda park edilmiş avtomobildə başlayıb.

Yanğın zamanı Şimali İrlandiya yığmasının futbolçuları da oteldə olublar.

Yanğının səbəbi araşdırılır. Yanğının qəsdən törədildi bildirilib.

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu sabah keçiriləcək.

Cia.az