|
Kamçatka sahillərində zəlzələ olub
Kamçatka sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka Filialı xəbər verib.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 270 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 55 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barəsində məlumat verilmir.
Cia.az