ABŞ-da prezident seçkilərinin qalibi Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti açıqlama yayıb.
Söhbət zamanı Netanyahu Trampı noyabrın 8-də keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
“ABŞ-ın İsraildən yaxşı müttəfiqi yoxdur”, deyə İsrail baş naziri bildirib. Donald Tramp, öz növbəsində, Benyamin Netanyahu ilə mümkün qədər tez görüşmək istədiyini vurğulayıb.
Qeyd olunur ki, tərəflər həmçinin regional məsələlərə toxunublar.
Cia.az
