Nigeriyanın şimalında Zamfara ştatındakı qızıl mədənində azı 36 nəfər öldürülüb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, qatillər hadisə yerinə motosikletlə gəliblər. Məlumata görə, ölənlər arasında qızılaxtaranlarla yanaşı qızıl alverçiləri də olub.
Polis hadisəni qızılaxtaranlar arasındakı konfliktin nəticəsi kimi qiymətləndirir. Ştatın qubernatoru Əbdül –Əziz Əçuçəkir Yari bu hücumu terror aktı kimi qiymətləndirb.
Cia.az
