|
Merkel də Trampın qələbəsindən danışdı
Almaniyanın Baş naziri Angela Merkel ABŞ-dakı prezident seçkilərində Trampın qalib gəlməsinə münasibət bildirib. 
 
Axar.az xəbər verir ki, o, Trampı əldə etdiyi uğuruna görə təbrik edib. Merkel Almaniya və Amerika demokratiyasının azadlıq və hüququn suverenliyinə hörmət etdiyini, irqi, dini, cinsi, yaxud siyasi fikir ayrı-seçkiliyinin olmadığı dəyərlər üzərində qurulduğunu bildirib.
 
“ABŞ ilə işləmək Almaniyanın xarici siyasətinin ən önəmli ünsürlərindən biridir”, - kansler qeyd edib.
Cia.az