|
Varlılar bir gündə 41 milyard itirdi
Dünyanın ən varlı adamları Trampın prezident seçilməsi ilə bir gündə milyardlarla dollar itiriblər.
 
Axar.az xəbər verir ki, “Blumberq” agentliyinin hazırladığı məlumatda təkcə planetin ən varlı şəxsi olan meksikalı Karlos Slimin varidatının bir gündə 5,1 milyard dollar əridiyi üzə çıxıb. Belə ki, Trampın seçkidə qələbəsi Meksika pesosunun 12 faiz dəyər itirməsinə səbəb olub, bu isə Slimin varidatını 9,2 faiz azaldıb.
 
Dünyadakı digər milyarderlər isə Hillari Klintonun qələbəsi gözləntilərindən 35 milyarddan çox vəsait qazanmışdılar
cia.az