|
Saakaşvili ABŞ prezidenti Tramp barədə:

Odessa qubernatoru vəzifəsindən istefa vermiş Mixail Saakaşvili yeni ABŞ prezidenti Donald Trampın prezident seçkilərindəki qələbəsini şərh edib.

Özünün “Facebook” səhifəsində Saakaşvili Trampla birgə fotoşəklini yerləşdirərək yazıb:

“Onunla 20 ildən artıqdır ki, dostam. Bunu ehtiyatla öncədən deyirdim. Gözlənilməz siyasəti olan güclü şəxsiyyətdir. Biz ehtiyatlı olmalı və əvvəlkindən daha çox təşkilatlanmalıyıq”.

Xatırladaq ki, ABŞ-da keçirilmiş prezident seçkilərində respublikaçı Donald Tramp qalib gəlib.

Cia.az