Braziliyanın Kamosin şəhərinin sakini 44 yaşlı Vera Lyusiya da Silva özü üçün sağlığında dəfn mərasimi təşkil edib.
Musavat.com "Mirror"-a istinadən xəbər verir ki, o, bütün günü tabutda uzanaraq özünü ölü biri kimi göstərib. Qadının sözlərinə görə, o, 14 yaşından özünə dəfn mərasimi keçirməyi arzuladığını bildirib.
Baxmayaraq ki, qonaqların çoxu şənlənib, hətta tabutla selfie çəkdirənlər olub. Lakin bəziləri matəmin çox real keçdiyini bildirib və gözyaşlarını belə saxlaya bilməyiblər.
Cia.az
