|
Venesuela prezidenti: ABŞ-ın seçki sistemi orta əsrlərdən qalıb

Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ-ın seçki sistemi köhnəlib. 

 
"Report" xəbər verir ki, bu barədə o, "Radio Miraflores" radiostansiyasının "Salsa saatı" verilişində bildirib. "Orada prezidenti xalq yox, 500-dən bir qədər çox seçici seçir. Onların seçki sistemi orta əsrlərdən qalıb", - deyə Maduro bildirib. 
 
Cənubi Amerika dövlətinin başçısı Ağ Ev rəhbəri postuna namizəd olan Hillari Klinton və Donald Trampın namizədliyini qiymətləndirməkdən imtina edib və bunu Venesuelanın ABŞ-ın daxili işlərinə qarışmaması ilə əsaslandırıb.
Cia.az