İlin əvvəlində həmişə olduğu kimi, müxtəlif kino mükafatları tədbirləri davam edir.
Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, dünən Beverli-Hillsdə Amerika Kinoincəsənət İnstitutunun (AFİ) tədbiri baş tutub.
Gecə boyu bu ilin əsas filmlərinin ulduzları qırmızı xalçada görünüblər. Ancelina Coli və Bred Pitt də qonaqlar arasında olub. Aktrisanın "Unbroken" filmi bu il tənqidçilər tərəfindən yüksək qiymətləndirilərək əsas siyahılarda yer alıb.
Kokteyl gecəsində Cessika Cesteyn, Metyu Mak Konahi və Enn Heteuey də "İnterstellar" filminin təmsil edilməsi üçün iştirak ediblər.
Tədbirdə Edvard Norton, Meril Strip, Kira Naytli və əfsanəvi Klint İstvud da iştirak edib.



