|
Sabah ASAN işləməyəcək

9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə virtualaz.org-a “ASAN xidmət”dən məlumat verilib. Bildirilir ki, 10 noyabr tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda respublika ərazisində 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Cia.az