|
İraq ordusu kütləvi məzarlıq aşkar edib
İraq ordusu Mosulun cənubunda yerləşən və İŞİD-dən azad olunan Həmmam əl- Əlil şəhərində kütləvi məzarlıq aşkar edib. 

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Əs-Sumariyə” telekanalında yer alıb. Məsələni İraq ordusu komandanlığı da təsdiqləyib. 

Məlumata görə, məzarlıqda başı kəsilən 100 mülkü şəxsin meyiti tapılıb. Qeyd edək ki, Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı davam edir. Əməliyyatda İraq ordusundan başqa kaolisiya qüvvələri, yerli könüllülər və kürd dəstələri iştirak edir. 
cia.az