|
ABŞ-da atışmaya görə dörd məktəb bağlanıb
Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərində küçədə baş verən atışmaya görə dörd məktəb bağlanıb. 
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat “ABS6” telekanalında yer alıb.
 
Polisin məlumatına görə, atışmada bir nəfər ayağından yaralanıb. Yaralı özü xəstəxanaya gedib və bundan sonra ona tibbi yardım göstərilib.
 
Telekanalın məlumatına görə, hadisə ilə bağlı araşdırmalar aparılır.
cia.az