|
London həbsxanasından iki məhbus qaçıb
Londonun mərkəzi rayonu İslinqtonda yerləşən Pentonvil xəbsxanasından iki məhbus qaçıb. 

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, qaçan məhbusların 28  və 31 yaşları olub. Bildirilir ki, məhbuslar saxlanıldıqları kameranın pəncərəsindəki dəmir barmaqlıqları kəsərək, qaçıblar. 
 
Məlumata görə, onlar gözətçiləri aldatmaq üçün müxtəlif materiallardan maniken düzəldərək, öz çarpayılarına uzadıblar. Qaçan məhbuslardan biri 25 il müddətinə həbsə məhkum olunub. Məhbusların tapılması üçün axtarışlara başlanılıb.
Cia.az