|
Bakıda iki maşın toqquşub, onlardan biri yanıb -
Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib. 
Avtomobillərdən biri zərbədən sonra alışıb.
 
Hadisə Yasamal Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb. Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil “Mazda” markalı maşına çırpılıb. Zərbədən sonra BMW alışıb.
 
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən məlumata görə, BMW markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil isə yanğından mühafizə olunub.
 
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.


 
Cia.az