|
ABŞ-ın Oklahoma ştatında zəlzələ olub
ABŞ-ın Oklahoma ştatında baş verən zəlzələ nəticəsində onlarla bina qəzalı vəziyyətə düşüb. 

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Associated Press" agentliyində yer alıb.
Məlumata görə, yeraltı təkan 5.3 bal gücündə olub. 
 
ABŞ Geoloji xidmətinin məlumatına əsasən, zəlzələnin mərkəzi ştatın paytaxtı olan Oklahoma-Siti şəhərinin 80 kilometrliyində yerləşən Kuşinq şəhəri yaxınlığında baş verib. Zəlzələ 6 kilometr dərinlikdə meydana gəlib. Zəlzələ qonşu Missuri və Arkanzas ştatlarında da hiss olunub.
Cia.az