Filippin sahillərində Roskal qayığında qadın meyiti tapılıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, cinayəti "Əbu Səyyaf" radikal qruplaşması törədib. Bu qruplaşma Filippində xarici vətəndaşları oğurlamaqla milyon dollarla gəlir əldə edib.
Polisin məlumatına görə, öldürülən qadın Almaniya vətəndaşı Sabina Merçdir. Filippin hərbçilərinin əlinə keçən audioyazıda qruplaşmanın başçısı qadının ölümündə məsuliyyəti öz üzərilərinə götürüb. Bundan əlavə, qruplaşma qadının 70 yaşlı əri Yurgen Kantneri də girov götürdüyünü bildirib.
cia.az
