75 yaşlı italiyalı sürücü öz avtomobili ilə 1 yaşlı uşağın da olduğu velosipedçini vurduqdan sonra daha bir neçə maşınla toqquşub.
Musavat.com xəbər verir ki, bu barədə “La Repubblica Firenze” qəzeti məlumat yayıb.
Hadisə yerli vaxtla 09.00-da Florensiyanın mərkəzində baş verib. Polisin məlumatına görə, hadisədə səkkiz nəfər xəsarət alıb. Körpənin ciddi xəsarət aldığı bildirilir. Körpənin atası isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Cia.az
