|
Çində turistləri aparan avtobus aşıb
Çinin şimal-şərqində Çzilin əyalətində turist aparan avtobus aşıb. Musavat.com xəbər verir ki, bu barədə məlumat "BBC"-də yer alıb. 

Məlumata görə, azı üç nəfər həlak olub, beş nəfər isə xəsarət alıb.
 
Hadisə Çançun şəhəri yaxınlığında, Pekin- Xarbin magistralında baş verib. Qəza zamanı avtobusda 53 sərnişin olub. Bildirilir ki, hadisəyə səbəb yolun buz bağlaması olub.
cia.az