Rakkada demoqrafik vəziyyəti dəyişdirəcək əməliyyatların olmayacağına ümid edirik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.
“Amerikalılar da qəbul edir ki, bu əməliyyat uzun çəkəcək. Mosul və Rakkada ən önəmli məsələ legitimliyin təmin olunmasıdır. Qanuni hakimiyyət əli silahlı qruplarla təmin edilə bilməz. Biz Rakkada ərəb olmayan, o şəhərə yad qüvvələrin ABŞ əleyhinə olacağını düşünürük. Bu yol yanlışdır”, - Qurtulmuş qeyd edib.
Qeyd edək ki, Dunford Türkiyə ilə ABŞ-ın beynəlxalq koalisiya ilə birgə Rakkanın azad olunması üçün uzunmüddətli plan həyata keçirəcəyəni bildirmişdi.
Cia.az
