Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid ailələrinə teleqram yollayaraq başsağlığı verib.
Musavat.com-un məlumatına görə, Türkiyə prezidenti “Fərat Qalxanı”əməliyyatında şəhid olan hərbçi Alper Kocaman və Adanada şəhid olan polis məmuru Mustafa Yelinin ailələrinə başsağlığı teleqramı göndərib.
Qeyd edək ki, Ərdoğan tez-tez şəhid ailələrinin vəziyyəti ilə maraqlanır, evlərinə gedir, ailələrinə zəng edir.
Cia.az
