|
29 yaşlı qadın dəm qazından zəhərləndi
Gəncədə qadın dəm qazından zəhərlənib, vəziyyəti ağırdır

ARB Kəpəz xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Bağmanlar küçəsi ev 151 ünvanında baş verib.
 
Şəhər sakini 29 yaşlı Yetər Verdiyeva dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.