|
Türkiyədə bir əsgər şəhid oldu
PKK terrorçuları Türkiyədə hərbi bazanı minaatanlardan və avtomatlardan atəşə tutub. 

Musavat.com-un məlumatına görə, hadisə Şırnak rayonunun Çörmeç hərbi bazasında baş verib. Təhlükəsizlik qüvvələri cavab atəşi açıb və nəticədə atışma baş verib. Hadisədə bir əsgər yaralanıb. Yaralı əsgər Şırnak xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

PKK-çıların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyatlara başlanılıb. 
Cia.az