|
ABŞ-da prezident seçkiləri üçün vaxtından əvvəl səsvermədə 42 milyon nəfər iştirak edib
ABŞ-da prezident seçkiləri ilə əlaqədar vaxtından əvvəl səsvermədə 42 milyon nəfər iştirak edib
 
APA-nın xəbərinə görə, bu barədə “United States Election Project”-in məlumatında bildirilir.
 
Florida ştatında erkən səsvermədə 6,4 milyon nəfər, Texas və Kaliforniya ştatlarında isə 4 milyondan çox seçici səs verib. Vaxtından əvvəl seçkilərin keçirilməsi ABŞ-ın daha 32 ştatında və Kolumbiya dairəsində mümkündür. Proqnozlara əsasən, seçicilərin 40% seçki günündən əvvəl səs verəcək.
 
Qeyd edək ki, noyabrın 8-də keçiriləcək səsvermə zamanı vətəndaşlar ölkənin 45-ci prezidentini seçəcəklər.
Cia.az