“Fərat Qalxanı” əməliyyatı çərçivəsində davam edən döyüşlərdə Türkiyə ordusunun dəstəklədiyi Azad Suriya Ordusu 4 kəndi İŞİD-dən azad edib.
Avropa.info xəbər verir ki, TSK dəstəkli ASO gücləri Əl Bab şəhərinə doğru yönələrək şimaldan terrorçuları mühasirəyə alıb. Şəhərin cənubundakı Tel Battal, Seyx Cerrah, Sebiran və Tel Cerci kəndləri ASO-nun ani hücumu ilə İŞİD-dən alınıb. Hazırda Türkiyənin dəstəklədiyi ASO gücləri Əl Babın 12 kilometrliyindədir.
Cia.az
