Şirvanda mənzildə qadın meyiti tapılıb.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Mövlayeva Lətifə Dəmir qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Cia.az
