Ağdamda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndində baş verib. “Mercedes” markalı yük avtomobili yolu keçən piyadanı, 1971-ci il təvəllüdlü Həsənov Bəhrəm Qara oğlunu vuraraq hadisə yerindən qaçıb. B.Həsənov aldığı yaralardan dünyasını dəyişib.
Hazırda polis sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
Cia.az
