|
Moskva-Bakı reysi 2 saat 35 dəqiqə gecikib

Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskvanın Şeremetyevo hava limanından Bakıya ötən gecə həyata keçirilmiş reysi 2 saat 35 dəqiqə gecikib.

Moskva vaxtı ilə gecə saat 00:55-də havaya qalxmalı olan təyyarə əlverişsiz hava şəraiti üzündən saat 03:30-da yola düşüb.

Rusiya paytaxtında hava şəraitinin əlverişsiz olduğunu nəzərə alaraq, aviaşirkət belə halların təkrar oluna biləcəyini bildirib.

Cia.az