|
Ermənistanda turizmə dövlət dəstəyi üçün ayrılan vəsait iki dəfə azaldılıb
Ermənistanın gələn ilki dövlət büdcəsində turizmə dövlət dəstəyi üçün ayrılan vəsait iki dəfə azaldılıb. 
 
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 2017-ci ilin dövlət büdcəsində bu sahəyə 210 min dollara (100 milyon dram) yaxın pul ayrılıb.
 
Məlumata görə, 2016-cı ildə bu sahəyə ayrılan dövlət vəsaiti 400 min dollara (188,4 milyon dram) yaxın olub. 
cia.az