İraqdakı peşmərgə qüvvələri Mosulun Başika düşərgəsində İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb.
Axar.az xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzaninin başçılıq etdiyi xüsusi təyinatlı zirehli birliklər (Zərəvani) 3 qoldan İŞİD-ə hücum edib.
Qəsəbədə azı 100 İŞİD silahlısının olduğu təxmin edilir.
Qeyd edək ki, Mosulun mərkəzindən 20 kilometr aralıda yerləşən qəsəbə 23 oktyabrda kürd qüvvələr tərəfindən mühasirəyə alınmışdı.
Cia.az
