|
Malidə BMT sülhməramlısı öldürülüb

Birləşmiş Millətlər Təşkilatının Malidəki missiyasına silahlı hücum olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident ölkənin mərkəzindəki Mopti regionunda baş verib.

Məlumata görə, insident nəticəsində 2 dinc sakin və 1 BMT sülhməramlısı həlak olub. Daha 7 əsgər isə yaralanıb. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə 11,2 min hərbçi və 1,44 min polis yerləşdirilib. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti də yer alır. 

Cia.az