|
Bolqarıstanda keçirilən prezident seçkiləri başa çatıb
Bolqarıstanda keçirilən növbəti prezident seçkiləri başa çatıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələri  ölkədə ikinci tur prezident seçkilərinin keçiriləcəyini göstərir.
 
İkinci tura Bolqarıstanın hakim QERB partiyasının namizədi Tsetska Tsaçeva və sosialistlərin nümayəndəsi Rumen Radev adlayıb. İlkin hesablamalara əsasən, T.Tsaçevaya seçicilərin 23,5%-i, R.Radevə isə - 24,8%-i səs verib.
 
Qeyd edək ki, Bolqarıstanın baş naziri Boyko Borisov hakim partiya nümayəndəsinin seçkilərin ilk turunda qələbə qazanmadığı təqdirdə istefaya gedəcəyini bildirmişdi.
Cia.az