|
Bağdadda törədilən silsilə partlayışlar nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb
İraqın paytaxtı Bağdadın bir neçə rayonunda törədilmiş silsilə partlayışlar nəticəsində 7  nəfər ölüb, 31 nəfər yaralanıb.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar paytaxtın Əl-Beyyə, Əl-Hüseyniyyə, Əl-İska və  Besmaya bölgələrində baş verib.
 
Partlayışlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
cia.az