|
Qadınlara XƏBƏRDARLIQ:

Daha çox görünüşə önəm verən güclü cinsin nümayəndələri bəzi mövzularda qadınları anlaya bilmədiklərini etiraf edirlər. Onlardan biri də geyim mövzusudur. Aile.lent.az kişilərin qadınlarda bəyənmədiyi və sevmədiyi tərzləri təqdim edir.

 

1. Taytlar və əcaib geyimlər

 

Kişilər bəzi şalvar növlərini və taytları sevmirlər. Bunun da səbəbi var. Birincisi, onların fikrincə, bədən xətlərini pis göstərir. İkincisi isə, qadınların bədən xətləri nə qədər çox gizli qalsa, o qədər yaxşıdır.

 

2. Köynək-paltarlar və t-shörtlər


Kişilər qadınların əynində böyük görünən geyimləri sevmirlər. Onlar düşünür ki, xanımlar enli t-shört geyinmək məcburiyyətindədirlərmi? Ondansa şalvar və adi köynək geyinsinlər. Çünki bu tərz hər bədənə uyğun gəlir.

 

3. Kalqotkanın üstündən geyinilən şortlar.

 

4. “Barbi” kuklasının çəhrayısı. Bəzi gözə xoş gələn tonlar xaricində kişilər çəhrayı rəngi sevmir.

 

5. Paltarların üzərindəki parıltılı bəzəklər. Bu geyim tərzi kişilərə şişirdilmiş gəlir. Uşaqlıq illəri və yeni il şənliklərini xatırlayırlar.

 

6. Cazibədar, hərəkətli paltarlar.

 

7. Hündür daban və platforma çəkmələr. Kişilərin fikrinə görə, bu tərzi davakar xanımlar seçir.

 

8. Mini ətəklər. Qadınların heç bir yerini gizli saxlamayan mini ətəkləri geyinmə səbəbi kişilər üçün maraqlıdır.

 

9. Yırtıq şalvarlar. Bu geyim tərzi kişilərə dağınıq və səliqəsiz görünür.

 

10. Bəs elə isə, kişilər üçün hansı tərzi cazibədardır?

Dar cins şalvarlar və sadə t-shörtlər, ziyafət geyimləri, enli ətəklər, düyməli köynəklər və dəlisov dizaynerin xəyali olmayan bütün geyimləri. Kişilərin fikrincə, bu cür paltarlar dəbli, bahalı və hər kəsə uyğundur.

 

cia.az